ABŞ-da ehtiyatlar azaldı, OPEK-də tərəddüd - NEFT BAHALAŞDI
ABŞ-da neft ehtiyatlarının azalması qiymətləri yüksəldib.
APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu ötən həftə ölkədə neft ehtiyatlarının 6,36 milyon barel azaldığını açıqlayıb.
"Bloomberg"in anketinə görə isə həftəlik azalmanın həcmi 2,2 milyon barel olacaq. Bu halda neft ehtiyatları son üç həftədə ilk dəfə azalmış olacaq.
Qiymətlərə təsir edən digər əsas səbəb isə OPEK ölkələrinin hasilatın dondurulmasının vaxtının uzadılmasında israr etməsidir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bir neçə gün öncə anlaşmanın mart ayından sonra davam etməsinə ehtiyac olduğunu açıqlayıb. Səudiyyədə neft ixracı sentyabr ayında 2011-ci il səviyyəsinə düşüb. Əgər Vyana toplantısında nəticə əldə olunmasa bunun qiymətlərə güclü təsiri olacaq , neft ciddi ucuzlaşacaq.
"Brent" nefti hazırda 63 dollardan təklif olunur. Qərbi Texas nefti də bahalaşaraq 57,70 dollara çatıb. İki marka arasında fərqin 6 dollardan az olması qiymətlərdə ABŞ-dan qaynaqlanan səbəblərin önə çıxması deməkdir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib