Abşeronda avtomobilin vurduğu 52 yaşlı kişi öldü, bacısı isə xəsarət aldı
Abşeron rayonu ərazisində avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, yol qəzası Mehdiabad qəsəbəsində baş verib.
Ceyhun Dünyamalıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. Hər iki piyada ağır xəsarətlərlə sürücü tərəfindən təcili 1 saylı Xәstәxanaya gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.
Yol qəzası ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, sürücü özü də piyadaların qohumu imiş.
OXŞAR XƏBƏRLƏR
18:21
446
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
555
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
513
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
426
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
690
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
687