Zimbabve prezidenti Muqabe istefa verdi
Zimbabve prezidenti Robert Muqabe parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra istefa verib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Zimbabve parlamentinin spikeri Ceykob Mudenda bildirib.
Parlament impiçment qərarı qəbul etdikdən sonra spiker iclası dayandıraraq R.Muqabenin istefa bəyanatını oxuyub. C.Mudenda yeni ölkə rəhbərinin adını artıq noyabrın 22-də elan etməyi tövsiyə edib.
Qeyd edək ki, noyabrın 6-da Emmerson Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra Zimbabvedə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R.Muqabe ev həbsinə məhkum edilib. İclasda R.Muqabenin həyat yoldaşı, E.Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb. Robert Muqabenin televiziya vasitəsilə xalqa müraciətində istefa barədə danışacağı gözlənilsə də, o bəyan edib ki, Zimbabve xalqı ölkədəki böhranı sülh yolu ilə müstəqil olaraq həll etməkdə qərarlıdır.
Noyabrın 19-da, Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnanqaqva olub. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR
18:21
446
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
554
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
513
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
426
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
690
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
687