Antiterror əməliyyatında silahlı qarşıdurma oldu - TBİLİSİDƏ
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirib, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.
Məlumata görə, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilib. İki şübhəli şəxsin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
“Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.
Xüsusi əməliyyat artıq başa çatıb və silahlılar tutulub. Həmin şəxslərin vətəndaşlığı və insident zamanı zərər çəkənlərin olub-olmaması barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR
18:21
451
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
560
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
517
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
428
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
692
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib
18:46
689