Putin Ərdoğan və Ruhanidən əvvəl niyə Əsədlə görüşdü? - KREMLDƏN MÜNASİBƏT
"Putinin Əsədi Ərdoğan və Ruhanidən əvvəl qəbul etməsinin səbəbi əldə olunacaq razılaşmanın etibarlı olacağına təminatdır". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Kreml sözçüsü Dmitri Peskov bəyan edib.
O əlavə edib ki, sabahkı Soçi toplantısı planlaşdırılan zaman da Rusiya prezidenti belə bir görüşün daha əvvəl baş tutacağı ilə bağlı açıqlama verib.
"Rusiyanın dövlət başçısı həmişə Suriya rəhbərliyi ilə birgə işə üstünlük verib. Bəşər Əsəd daha öncə də Rusiyaya səfər edib, onunla Kremldə görüşlər keçirilib" - deyə, Peskov əlavə edib.
O, həmçinin bu görüşü üçtərəfli müzakirələrə hazırlıq mərhələsi kimi dəyərləndirib. "Sabah əldə olunacaq anlaşmaların dayanıqlı olması üçün Əsədlə görüş vacib idi" - deyə, Peskov bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
Əlimirzamin Əskərov Qazaxıstanda yeni səfir təyin edilib