Atlantik okeanında müəmma: SUALTI QAYIQ YOXA ÇIXDI
Atlantik okeanında Argentinaya məxsus "San-Xuan" adlı sualtı qayıq yoxa çıxıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, onun axtarışlarına 14 gəmi və 10 hərbi təyyarə cəlb olunub.
Araşdırmalar zamanı heyətin əlaqə itməzdən bir qədər öncə dispetçerə nasazlıqlar barədə məlumat ötürdüyü ortaya çıxıb. Zaman keçdikcə göyərtədə olan 44 nəfərin sağ qalma ehtimalı da azaldığından axtarışlar intensiv davam etdirilir.
Sualtı qayıq yalnız 300 metr dərinliyə enmək özəlliyinə sahibdir. Ekspertlər isə okeanın dərinliyini minlərlə metr ölçüsündə qiymətləndirir. Əgər o bu dərinliyə çökübsə, ekipajın sağ qalma şansı da sıfıra bərabərdir.
Qeyd edək ki, qayıq Almaniya istehsalıdır və 80-ci illərin sonlarında Argentinaya təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
19:26
285
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
363
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
455
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
420
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
596
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
693