Pulunu ala bilmədi, polisə yalan məlumat verdi
Azərbaycanda polisə yalan məlumat verən şəxs saxlanılıb.
APA TV-nin xəbərinə görə, Abşeron rayon sakini Ramil Mobil oğlu Atakişiyev polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona qarşı quldurluq edərək pulunu alıb.
Dərhal araşdırmalara başlayan Abşeron polisi Ramil Atakişiyevin yanlış məlumat verdiyini aşkar edib və, o saxlanılaraq idarəyə gətirilib: "Pulumu bir nəfər almışdı, vermirdi. Polisə zəng elədim ki, pulumu ala bilim. Ona görə yalan məlumat verdim".
Ramil Atakişiyevin uydurmasına görə, guya "Şamaxinka" adlanana ərazidən Xırdalana gedərkən "Mercedes" markalı avtomobilin sürücüsünə maşın almaq adı ilə 408 manat verib. Lakin pulunu alan sürücü onu yolda düşürüb və pulunu mənimsəyib. Əslində isə Ramil bir necə dəfə həmin adama zəng vurub, zənglərinə cavab verilmədiyi üçün aldadıldığını zənn edərək polisə yalan məlumat verib.
Saxlanılan şəxs barəsində qanuna müvafiq şəkildə tədbir görüləcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi