Neft bazarında qeyri-sabitlik: GÖZLƏR VYANAYA DİKİLİB
Dünya xam neft bazarında ötən gün qiymətlərdə bir dollar ucuzlaşma baş verib.
APA TV-nin məlumatına görə, lakin son həftələrin ən ciddi ucuzlaşmasından sonra qiymətlər yenidən 70-80 sent bahalaşıb.
ABŞ-da neft ehtiyatlarının ötən həftə üçün 2,5 milyon barel azalacağı proqnozlaşdırılır. Bu son üç həftədə ilk ciddi azalma ola bilər. Rəsmi rəqəmlər bu gün açıqlanacaq.
Birləşmiş Ərəb Əmirlikləri OPEK-in qiymətləri normallaşdırmaq üçün istehsalın azaldılması razılaşmasının vaxtını uzatmasını vacib hesab edir. Qiymətlərin bir dollar ucuzlaşmasına ən əsas səbəb isə razılaşmanın yenidən uzadılmasına şübhələrin olmasıdır. OPEK proqnozlaşdırılan bu qərarla bağlı brifinq keçirəcək.
Neft bazarında əsas diqqət OPEK-in gözlənilən toplantısınadır. Eyni zamanda ABŞ-da istehsalın səviyyəsi və ehtiyatlar yaxından izlənəcək.
Hazırda "Brent" markalı neft 61,59 dollardan 62,31 dollara yüksəlib. Qərbi Texas nefti isə 56,44 dollardan təklif olunur.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı