Azərbaycanlı Rusiya sərhədini MAŞININ YÜK YERİNDƏ KEÇDİ!
Rusiya sərhədini qanunsuz keçməyə cəhd göstərən azərbaycanlı məhkəmənin qərarı ilə 6 ay müddətinə islah işlərinə cəlb olunub. APA TV-nin məlumatına görə, bu ilin yayında adı açıqlanmayan soydaşımız Troitski şəhər sakini ilə sərhədi qanunsuz keçməyə yardım göstərmək barədə razılığa gəlib. Əlbir olduğu şəxs azərbaycanlını maşının yük yerində gizlədərək Uy çayı üzərindəki nəzarət məntəqəsindən keçirməyə söz verib. Maşına keçirilən baxış zamanı yük yerində gizlənmiş azərbaycanlı aşkarlanaraq həbs edilib. Məhkəmə hər iki şəxsin qanunsuz miqrasiyanın təşkili maddəsi üzrə günahkar sayıb və onları altı ay müddətinə islah işlərinə cəlb etmək barədə qərar qəbul edib. Bundan başqa hər iki şəxs qazandıqları pulun 10 faizini dövlət büdcəsinə köçürməli olacaqlar. Məhkəmə azərbaycanlının günahını etiraf etməsini və himayəsində həddi-buluğa çatmamış uşağın olmasını yüngülləşdirici hal kimi qəbul edib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI