Göygöldə zəncirvari qəza: 1 ölü, 3 yaralı
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, qəza nəticəsində xəsarət alan şəxslərdən biri həyatını itirib.
Hadisə Göygöl-Toğana avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. Peyman Mirzəyev “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qarşı hərəkət zolağına çıxıb. Bu zaman "VAZ-2107" "Hyundai" markalı və “Zaporojets” markalı minik avtomobilləri ilə toqquşub. Toqquşma nəticəsində iki avtomobildə olan 33 yaşlı Yunis Xıdırov, 29 yaşlı Vəfa Xıdırova, 22 yaşlı İsmayıl Əmirov və Göygöl rayonun Şəhriyar kənd sakini, 24 yaşlı Elxan Nəbiyev xəsarət alıb.
Həkimlərin səyinə baxmayaraq, Elxan Nəbiyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı