PKK Suriyada türk hərbçilərini topla vurdu
PKK-nın Suriya qolu olan PYD İdlib şəhərində türk hərbçilərinə hücum edib.
APA TV-nin məlumatına görə, Hələbin Afrin qəsəbəsində yerləşən terrorçular İdlib-Afrin xəttindəki Daret İzzət nəzarət nöqtəsi istiqamətində 5 top zərbəsi endirib.
Topun biri hərbçilərin 100 metrliyinə, digərləri isə mülki əhali olan əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Türkiyə Silahlı Qüvvələri terrorçulara cavab atəşi açıb.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran arasında Astanada imzalanan anlaşma çərçivəsində Türkiyə ordusu atəşkəsi bərpa etmək üçün oktyabrın 12-də İdlib vilayətinə daxil olub.
OXŞAR XƏBƏRLƏR
19:26
284
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
363
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
455
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
420
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
596
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
693