Sabirabadda "Mercedes" "KamAZ"ın altına girdi: 1 ölü, 3 yaralı - AİLƏ FACİƏSİ
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.
Qatı dumanlı havada Beyləqan sakini, 1967-ci il təvəllüdlü Əsədov Şamil Cavad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillin yoluna çıxaraq toqquşub.
Qəza nəticəsində sürücü ağır kəllə-beyin travması alıb, vəziyyətinin dərəcə ağır olduğu bildirilir. Onun Bakı neyrocərrahiyə mərkəzinə göndərilməsi gözlənilir.
Qəza zamanı sürücünün qızı, Beyləqan rayon sakini, 1995-ci il təvəllüdlü Fidan Şamil qızı Cavadzadə hadisə yerində ölüb, onun bacısı, 1992-ci il təvəllüdlü Sahilə Cavadzadə və anası, 1967-ci il təvəllüdlü Həqiqət Paşa qızı Xancanova orta ağır xəsarətlərlə Sabirabad Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı