Lənkəranda 18 yaşlı tələbə qız özünü binadan atdı
Lənkəranda tələbə özünü binadan ataraq intihara cəhd edib. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə Şəhidlər Xiyabanı küçəsi, 12 ünvanında yerləşən binada qeydə alınıb.
Həmin binanın yaxınlığında yaşayan 18 yaşlı Nigar Vaqif qızı İsgəndərova yeni tikilən hündürmərtəbəli binadan özünü yerə atıb. Dərhal hadisə yerinə gələn təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri qıza ilkin tibbi yardım göstərib. O, ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qız reanimasiya şöbəsinə yerləşdirilib.
Növbətçi həkim Hikmət Əliyev yaralının vəziyyəti haqqında məlumat verib: "Xəstəxanaya saat 08:20 radələrində xəstə daxil olub. Daxil olarkən əsasən bazu dirsəkdə olan ağrılardan şikayət edirdi. Xəstə ətraflı müayinə olunub, rentgen olunub, sınıq aşkarlanıb. Həmin nahiyələrdə qarın boşluğu USM müayinəsindən keçirilib, qaraciyərin zədələnməsi aşkar edilməyib".
Qeyd edək ki, Nigar İsgəndərova Lənkəran Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsidir. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı