Hava şəraiti dəyişəcək: külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.
Noyabrın 22-si gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, axşam yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında noyabrın 22-si qərb rayonlarından başlayaraq noyabrın 24-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, noyabrın 22-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı