Neftin qiyməti stabilləşib
Neftin qiyməti Səudiyyə Ərəbistanı enerji nazirinin "OPEK-in ayın sonundakı toplantıda istehsalın azaldılması razılaşmasını uzatmaq lazımdır" açıqlamasından sonra iki həftənin ən ciddi bahalaşmasını yaşayıb və stabilləşib.
APA TV-nin məlumatına görə, Xalid əl-Falih açıqlamasında hasilatın azalması ilə bağlı anlaşmanın bitdiyi mart ayının sonunda neft ehtiyatlarının orta səviyyəyə düşməyəcəyini bildirib. Rusiya isə OPEK razılaşmasının vaxtının uzadılmasına şübhə ilə yanaşır.
Bu arada "Baker Hughes" ABŞ-da fəal neft quyularının sayının ötən həftə dəyişməyərək 738 səviyyəsində qaldığını açıqlayıb. ABŞ-da fəal quyuların sayının və ümumilikdə istehsalın artması üçün münbit şərait yaranıb. WTİ nefti hazırda 56,62 dollardan təklif olunur. Xam neft bazarında qiymətlərin 50 dollardan yüksək olması ABŞ-da neft hasilatını gəlirli edir.
"Brent" markalı neftin bir bareli isə 62,63 dollardan satılır. Dünyada gedən siyasi proseslər, əsas neft hasilatçısı olan ölkələrdə yaranmış qeyri-stabil vəziyyət qiymətlərin bahalaşmasını təmin edə bilər. İranla Səudiyyə Ərəbistanı arasında müharibə təhlükəsi böyük hasilatçılar olan bu iki ölkənin neft ixracını kəskin azalda bilər. Bu isə qiymətlərin bahalaşmasına səbəb olacaq.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı