Saxta pullar kəsən Şəmkir sakinindən 1 kilo civə tapıldı
Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub. APA TV-nin məlumatına görə, polis əməkdaşları daxil olmuş məlumat əsasında Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Nəbiyev Bəhruz Rəhim oğlunun yaşadığı evdə axtarış aparıb və onun saxta pullar hazırladığı müəyyən edilib.
Axtarış zamanı B.Nəbiyevin evindən 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 dollarlıq saxta əsginazlar, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız aşkar edilərək götürülüb.
Bundan başqa, mənzilə baxış zamanı evin zirzəmisində 1 ədəd şüşə flakonda və 1 ədəd keramik qabda ümumi çəkisi 1 kiloqram 76.150 qram olan zavod üsulu ilə hazırlanmış, zəhərli və güclü təsiredici civə də tapılıb. Qeyd olunanlar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. B.Nəbiyevin saxta pulları və civəni əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində Şəmkir RPŞ-nin əməkdaşları istintaq əməliyyat tədbirləri həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
10:07
202
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
477
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
614
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
533
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
430
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
697