İmişlidə baş vermiş yol qəzasında bir nəfər ölüb, 2 nəfər yaralanıb
İmişli rayonunun Bəhramtəpə qəsəbəsində, su anbarı yaxınlığında yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə zamanı “Mercedes” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Nəticədə İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib. İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:07
203
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
477
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
616
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
535
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
431
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
697