Dünya çempionatına kimlər gedir? - 7 çempion, 2 debütant - TAM SİYAHI
2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az-ın məlumatına görə, mundialda mübarizə aparacaq 32 komanda sırasına qoşulan son yığma Peru olub.
Bununla da sayca 21-ci dünya çempionatında medallar uğrunda mübarizə aparacaq bütün xoşbəxtlər dəqiqləşib.
DÇ-2018-ə Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrikadan Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq.
Final mərhələsinin püşkatması dekabrın 1-də Moskvada keçiriləcək. Artıq yarışın 32 komandası püşk öncəsi 4 səbətə bölünüb. Rusiya millisi meydan sahibi kimi ilk səbətdə yer alıbsa, digərləri FİFA-nın oktyabr reytinqinə əsasən sıralanıb.
I səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa
II səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya
III səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran
IV səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı