İsmayıllıda ÇÖL DONUZU OVÇUNU PARÇALADI!
İsmayıllıda çöl donuzu ovçunu parçalayıb. İsmayıllı rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə hadisə rayonun Cülyan kəndində meşəlik ərazidə baş verib.
Rayonun Lahıc qəsəbə sakini, 47 yaşlı Nəcəfov Əbülfəz Hacı oğlu Cülyan kəndi ərazisində mal-qara otaran zaman sürüyə canavar hücum edib. Əbülfəz Nəcəfov ərazidən qaçan canavarı öldürmək üçün onun arxasınca meşəyə gedib. O, meşədə qarşısına çıxan çöl donuzunun hücumuna məruz qalıb. Ağır bədən xəsarətləri alan Əblüfəz Nəcəfov hadisə yerində dünyasını dəyişib.
Kənd sakinlərinin verdiyi məlumata görə isə Əbülfəz Nəcəfov meşəyə ov məqsədilə gedibmiş və çöl donuzuna atəş açaraq onu yaralayıb. Yaralanan donuz ovçuya hücum edərək onu parçalayıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI