5 nəfərin kütləvi davasında 2 həmyaşıd bıçaqlandı - BAKIDA
Paytaxtda kütləvi dava baş verib. APA TV-nin verdiyi xəbərə görə, Sabunçu rayonu ərazisində qeydə alınmış hadisə zamanı 2 nəfər bıçaqlanıb.
Paytaxt sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Müşfiq Tofiq oğlu və 1972-ci il təvəllüdlü Kərimov Hidayət Səlim oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və cərrahi əməliyyat olunub. Onlardan M.Nəcəfovun vəziyyəti daha ağırdır.
Məlumata görə, həmin şəxslər Ramana qəsəbəsi, Südçülük sovxozu kimi tanınan ərazidə 5 nəfər arasında yaranmış kütləvi dava zamanı bıçaqlanıb.
Hadisə ilə əlaqədar Sabunçu RPİ-nin istintaqçıları araşdırmara başlayıb.
OXŞAR XƏBƏRLƏR
10:07
252
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
495
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
637
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
537
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
435
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
700