Şirvanda reyd: 30 sürücü barəsində inzibati cəza tətbiq edilib
Şirvan şəhərində avtonəqliyyat vasitələrinin yollarda təhlükəsiz hərəkətin təmin edilmək və yol-hərəkət qaydalarını pozan sürücülərlə bağlı reyd keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdiyi reyd zamanı 30-a qədər avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar edilib.
Avtomobillərin arxa yan şüşələrində görməsi məhdud olan plyonkaların mövsümün bitməsindən sonra istifadə edən sürücülərə qarşı inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub. Plyonkalar avtomobillərdən yerindəcə çıxarılıb. Standartlara uyğun gəlməyən dövlət nömrə nişanları ilə idarə olunan, yerli marşrutlar üzrə sərnişindaşıma qaydalarını pozmaya, avtomobillərin konstruksiyasında dəyişikliyə, təhlükəsizlik kəmərindən istifadəyə etməməyə və yükdaşıma qaydalarını pozduğuna görə sürücülərə inzibati cərimələr tətbiq edilərək barələrində protokollar yazılıb. Bir neçə avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti reydlərin qonşu rayonlarda da keçiriləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı