Azərbaycan prezidenti Özbəkistan baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.
APA TV xəbər verir ki, baş nazirin müavini Alişer Sultanov Özbəkistan prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıb.
O bildirib ki, Özbəkistan prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. Alişer Sultanov qeyd edib ki, Özbəkistan prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli, məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan Alişer Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı eyni zamanda ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı