Ağ Ev: Tramp Putinlə əməkdaşlıqda maraqlıdır
"ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vladimir Putinlə mübahisə etmək yox, işləmək daha faydalıdır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders keçirdiyi ənənəvi brifinq zamanı deyib.
O, həmçinin prezidentin Suriya və Şimali Koreya məsələləri ilə bağlı Kreml başçısı ilə birgə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.
"Bu cür əməkdaşlıq Birləşmiş Ştatlar üçün də faydalıdır" - deyə, o əlavə edib.
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı prezidentin fikirlərinə gəlincə, S.Sanders qeyd edib ki, Vladimir Putin bununla bağlı mövqeyini ifadə edib və Donald Tramp bu fikirlərə inanır.
Öz növbəsində rəsmi Moskvanın Vaşinqtondakı səfiri Anatoli Antonov da Dövlət Departamentinin ölkəsi ilə konstruktiv dialoqa ümid etdiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı