Səudiyyədə həbs olunan milyarderlərə şərt: SƏRVƏTİNİZİ VERİN...
Səudiyyə Ərəbistanında həbs edilən şəxslərin sərbəst buraxılacağı ilə bağlı xəbərlər yayılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkə rəhbərliyinin onlara təklif irəli sürdüyü iddia olunur.
"The Financial Times" qəzetinin yazdığına görə, korrupsiyada ittiham olunaraq həbs edilən 11 şahzadə və iş adamına sərvətlərinin 70 faizindən imtina edəcəkləri təqdirdə, azadlığa buraxılacaqları təklif olunub. Bu yolla son illərdə neftin ucuzlaşması səbəbindən krallıq xəzinəsinin itirdiyi 79 milyard dolların yerinin doldurulması planlaşdırılıb.
Danışıqların həbs olunan şəxslərin saxlandığı "Ritz-Carlton" hotelində aparıldığı bildirilir. Saxlanılanlardan bəzilərinin bu təkliflə razılaşdığı deyilir. Bəzi mənbələr artıq sözügedən varidata əl qoyulduğu və dövlətin nəzarətinə keçdiyini qeyd edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında başlanan kütləvi həbslər zamanı saxlanılanlar arasında dünyanın 100 ən zəngini siyahısına daxil olan şahzadə əl-Vəlid bin Talal da var. Bu arada ölkədə yeni kütləvi həbslərə start veriləcəyi də istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı