Sel suları Afinada 16 nəfərin ölümünə səbəb olub
Yunanıstanın paytaxtı Afinada yaşanan sel fəlakətində 16 nəfər dünyasını dəyişib, 23 nəfər yaralanıb, daha 4 nəfər isə itkin düşüb. APA TV xəbər verir ki, sel əsasən Afinanın qərb hissəsindəki Mandra, Nea Peramos və Meqara bölgələrini, demək olar ki, xarabalığa çevirib.
Sel suları xüsusilə evlərin zirzəmilərinə dolub, suyun səviyyəsi əksər yerlərdə bir insanın hündürlüyünə bərabərdir.
Təbii fəlakət şəhər təsərrüfatına, sakinlərə ciddi ziyan vurub, avtomobillər suların altında qalıb. Şəhər küçələri tamamilə palçıqlı sulara bürünüb.
Ölkənin baş naziri Aleksis Tsipras fövqəladə bir yığıncaqdan sonra televiziya vasitəsi ilə xalqa müraciətində bir günlük matəm elan edib.
OXŞAR XƏBƏRLƏR
10:07
277
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
507
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
648
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
539
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
437
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
704