Bibi qardaşı oğlunu bıçaqladı - QONŞULAR TƏƏCCÜB İÇİNDƏ
Tovuz rayonunda bibi qardaşı oğlunu bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində baş verib.
Rayon sakini Kifayət Qasımova qardaşı oğlu, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlunu bıçaqlayıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi bildirilir. Qonşuların dediyinə görə, Kifayət Qasımova mədəni və təmkinli bir qadın olub. Qadınla qardaşı və ya qardaşı uşaqları arasında əvvələr hər hansı bir münaqişənin yaranmadığı deyilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:07
275
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
507
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
648
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
539
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
437
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı
18:48
704