Polis polkovnikinin bacısı oğlu qəzada öldü
Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nın əməkdaşının verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Gəncə Beynəlxalq Hava Limanı istiqamətində gedən yolda qeydə alınıb. Hava limanının koordinatoru, 32 yaşlı Samir Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yüksək surətlə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpıb. Nəticədə Samir Quliyev ölüb.
Samir Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi müavini İlqar Balakişiyevin bacısı oğludur.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
418
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
444
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
641
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2146
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2120
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1946