Səfir: "ABŞ həmsədr kimi fəallığını davam etdirəcək"
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “ABAD” sənətkarlıq mərkəzində olub.
APA TV-nin məlumatına görə, səfirə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Türk Əməkdaşlıq və Koordinasiyası Agentliyinin (TİKA) sosial layihələrə dəstək çərçivəsində yaradılan mərkəz və burada satışa çıxarılan sənət nümunələri barədə ətraflı məlumat verilib: “Burada sərgilənən işlər azərbaycanlılara məxsus sənət nümunələridir. Sevindirici haldır ki, bu işlər həm kişilər, həm də qadınlar üçün gəlir mənbəyidir. ABAD maraqlı və uğurlu layihədir”.
ABŞ-ın Azərbaycandakı səfiri ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkiləcəyi barədə məlumatlarla bağlı açıqlama verib: "Bu məsələ ilə bağlı çoxlu spekulyasiyalar var və mən bunlarla bağlı şərh verməkdən çəkinirəm. ABŞ əvvəl də fəal həmsədr olub, indi də fəaldır, gələcəkdə də olacaq. ABŞ yeni həmsədr təyin edib və yeni həmsədr münaqişənin həllinə yeni baxışla yanaşacaq".
Diplomat ABŞ-ın həmsədr olaraq fəallığını davam etdirəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı