Kürdəmirdə "Jiquli" "KamAZ"a çırpıldı, iki qardaş yaralandı
Kürdəmirdə minik və yük avtomobilləri toqquşub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Mənsur Mehman oğlu Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan Hacıqabul rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Adil oğlu Şirinovun idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü M.Məmmədov və sərnişini olan qardaşı, 1994-cü il təvəllüdlü Məhəmməd Məmmədov xəsarət alaraq maşında sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə cəlb edilən FHN-in əməkdaşları zərərçəkənləri maşından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
İlkin ehtimala görə, hadisəyə səbəb "VAZ"ın sürücüsünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı