Azərbaycan silkələndi: 6 bal gücündə zəlzələ
Azərbaycan ərazisində zəlzələ baş verib. APA TV-nin məlumatına görə, dünən axşam yerli vaxtla saat 23.48 radələrində Ağdam rayonu ərazisində güclü yeraltı təkanlar qeydə alınıb. Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzi zəlzələnin episentrinin Bərdə şəhərindən 23 km şərqinə düşdüyünü açıqlayıb. Episentrdə yeraltı təkanların maqnitudası 5,1 olub. Yer səthinin 9 kilometr dərinliyində baş verən zəlzələ Ağdam, Ucar, Saatlı, Sabirabad, Yevlax, Göyçay, Gəncə, Tovuz, Şəmkir, Goranboy, Şəki və Zaqatalada hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin episentrinin Ağdam rayonu ərazisində baş verdiyini açıqlayıb.
25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Bu gün saat 02.02 radələrində Bərdə ərazisində yeni təkanlar qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
İmişlidə Araz çayında FHN-in xilasetmə əməliyyatı