Bakıda bağ evindən külli miqdarda narkotik tapıldı
Bakıda bağ evindən narkotik tapılıb.
APA TV-nin xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşlarına Nardaran qəsəbə sakininin bağ evində narkotik xassəli bitkilərin olduğu barədə məlumat daxil olub.
Bölmə rəisi Tərxan Əhmədovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb və polis əməkdaşları Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər.
Əməliyyat zamanı yarım kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.
Bölmə əməkdaşları oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolu, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar ediblər.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ