Lavrov ABŞ rəsmilərindən izahat tələb edir: "Bəyanatlarınız ziddiyyətlidir"
ABŞ-ın müdafiə naziri Ceyms Mettisin hərbi kontingentin Suriyadan çıxması müqabilində irəli sürdüyü şərtlərə rəsmi Moskvanın cavabı gecikməyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, xarici işlər naziri Sergey Lavrov Vaşinqtonu ziddiyyətli fikirlər səsləndirməkdə suçlayıb.
O, dövlət katibi Reks Tillersonun ABŞ-ın Suriyadakı addımlarının yalnız İŞİD-in məhvinə yönəldiyi ilə bağlı bəyanatı ilə ötən gün müdafiə naziri Ceyms Mettisin məsələnin siyasi həllini gözlədiklərinə dair açıqlamasının bir-birinə zidd olduğunu deyib.
S. Lavrov həmçinin ölkəsi tərəfindən ABŞ-ın Suriyadakı terrorçulara dəstək verməsilə bağlı səslənən ittihamları təkrarlayıb və amerikalı həmkarlarından izahat tələb edib.
Rusiyanın ittihamlarına ilk reaksiya Pentaqondan gəlib. Beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon ittihamları uydurma adlandıraraq, bununla Rusiyanın terrorçuluqla mübarizədə ABŞ-ın atdığı addımlara kölgə salmağa çalışdığını önə sürüb.
ABŞ hərbi idarəsindən həmçinin bu ittihamların hər iki ölkə prezidentinin noyabrın 11-də əldə etdiyi razılaşmalara zidd olduğu açıqlanıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ