Xəzərdə brakonyerlər qayıqlarını polis qayığına çırpdılar
Bakı Buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədilə tədbir həyata keçirilib.
APA TV-nin xəbərinə görə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə Bakı Buxtasında “Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovu ilə məşğul olduğu barədə məlumat daxil olub.
Su NPİ əməkdaşları “Qartal” polis patrul katerində xüsusi xəbərdaredici səs siqnalları ilə həmin qayığa yaxınlaşaraq onlardan sahilə çıxmalarını tələb ediblər. Lakin qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.
Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduğu müəyyən olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ