Pentaqon rəhbəri: "ABŞ ordusu Suriyadan çıxmayacaq"
"Biz Suriyadan çıxmayacağıq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Pentaqon rəhbəri Ceyms Mettis çıxış edib.
Müdafiə naziri qeyd edib ki, bu ölkənin ərazisində İŞİD-ə qarşı mübarizə aparmağa ABŞ hərbçilərinə icazə BMT tərəfindən verilib: "Bu məsələ razılaşdırılıb, biz orda terrorun kökünü kəsmək məqsədilə mövcuduq. Bu mübarizədə hərbçilərimizə böyük etimad var və biz İŞİD-in kökünü kəsəcəyik".
Ceym Mettis əlavə edib ki, qoşunlar ölkədə böhran bitənə Suriya ərazisində qalacaq.
Xatırladaq ki, bir neçə gün öncə Suriyanın xarici işlər naziri Feysal Mekdad ABŞ hərbi kontingentinin ölkəsində mövcudluğunu qanunsuz və qəbuledilməz adlandırıb. Diplomat vurğulayıb ki, rəsmi Dəməşq Vaşinqtona hərbi əməliyyatlara qoşulmaq məqsədilə mandat verməyib və əgər Amerika hərbçiləri ölkə ərazisini tərk etməsə, Suriya onları düşmən elan edəcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ