Şəmkirdə qaz sızması partlayış törətdi - ANA VƏ OĞLU YARALANDI
Şəmkirdə yaşayış evində qaz sızması zamanı yaranan partlayış nəticəsində ana və övladı xəsarət alıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
Kənd sakini, 45 yaşlı Məhbubə Nəriman qızı İskəndərli yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən çölə tullayıb. Partlayış zamanı yan otağın döşəməsi qalxıb və orada yatan 20 yaşlı Mehrab Elçin oğlu İskəndərli də xəsarət alıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin ehtimala görə, partlayışa səbəb evin yaxınlığından keçən yeraltı qaz xəttində sızma olmasıdır. Boru xətləri təmir olunmadığından, təbii qaz evin zirzəmisinə dolub və partlayış baş verib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ