Zəlzələ neft infrastrukturuna zərər vurdu, neft bahalaşdı
İraq-İran sərhədində baş verən güclü zəlzələ neftin bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, zəlzələ nəticəsində bölgənin neft infrastrukturuna ciddi ziyan dəyib, Kərkük-Yumurtalıq-Ceyhan neft kəmərində problemlər yaranıb.
Səudiyyə Ərəbistanında Bəhreynə uzanan neft kəmərində terror aktının qarşısının alınması da neftin qiymətlərinə təsir göstərib. Bölgədən neft daşımalarında yarana biləcək ləngimələr qiymətləri bahalaşdırıb. Birjalarda “Brent” markalı neftin bir bareli 63,56 dollardan satılır, Qərbi Texas nefti isə 56,81 dollara təklif olunur.
Bu həftə neftin qiymətinə təsir göstərəcək əsas amillər OPEK və Beynəlxalq Enerji Agentliyinin dünya bazarında “qara qızıl”a tələbat səviyyəsinə dair hesabatları olacaq. Hesabatların həftənin ilk günlərində açıqlanacağı gözlənilir. Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin davam etməsi də qiymətləri dəstəkləyə bilər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ