Paytaxtda sərxoş sürücü qəza törədib, özü və sərnişini xəsarət alıb
Bakının Nizami rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Rüstəm Rüstəmov küçəsində qeydə alınmış avtoqəzaya sürücünün sərxoş halda sükan arxasına əyləşməsi səbəb olub.
1989-cu il təvəllüdlü Rzayev Samir Akif oğlu idarə etdiyi "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsi boyu hərəkətdə olan zaman idarəetmədən çıxan avtomobil əvvəlcə yol kənarındakı səkiyə, daha sonra isə Rüstəm Rüstəmov küçəsindəki yanacaqdoldurma məntəqəsinin beton divarına çırpılıb. Nəticədə sürücü S.Rzayev və onun sərnişini 1989-cu il təvəllüdlü Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan Y.Ağayevin vəziyyətinin ağır olduğu deyilir.
Əraziyə cəlb olunmuş Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücü S.Rzayevin sərxoş halda sükan arxasına əyləşdiyini müəyyən edib. Yol qəzasının təfərrüatları araşdırılır.
OXŞAR XƏBƏRLƏR
13:33
272
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
328
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
553
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
663
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
551
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
448