30 yaşlı qız nənəsini amansızcasına öldürdü, sonra da polisə təslim oldu - ŞƏKİDƏ DƏHŞƏT
Şəkidə ruhi xəstə olduğu bildirilən qız özünün 79 yaşlı nənəsini qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə noyabrın 11-də axşam saatlarında Şəki şəhəri, Giləkli küçəsi 23 ünvanında baş verib.
79 yaşlı Sadıqova Nübar İbrahimxəlil qızı qız nəvəsi 30 yaşlı Reyhan Davudova tərəfindən amansız şəkildə öldürülüb. Hadisə baş verən vaxt R.Davudova evdə nənəsi ilə tək olub. O əvvəlcə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib. R.Davudova qətli törətdikdən sonra taksiyə əyləşərək rayon polis şöbəsinə gedib və törətdiyi cinayəti etiraf edib.
Məlumatda bildirilir ki, ruhi xəstə olan Reyhan Davudova bir neçə dəfə əsəb xəstəliyindən müalicə olunub.
Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
276
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
328
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
553
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
663
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
551
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
448