Zəncirvari qəzada ölən və yaralananlar oldu - ASTARADA YOL DƏHŞƏTİ
Astarda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpünün üstündə baş verib.
"VAZ-2107" markalı minik maşınının Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu və "Ford" markalı kiçiktutumlu yük avtomobili ilə toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Rzayev Elgün Vaqif oğlu hadisə yerində dünyasını dəyişib. Avtoqəza zamanı daha 5 nəfər - Astaranın Ərçivan qəsəbəsi sakini 1987-ci il təvəllüdlü Rəhimova Həlimə Fəttah qızı, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev, 1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Həsənov Azər Qəhrəman oğlu və Sadıqov Pərviz Rafiq oğlu xəsarət alıb.
Yaralıların dördü Astara Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralı isə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
274
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
328
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
553
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
663
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
551
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
448