Otlaq sahəsini bölə bilməyən çobanlar əlbəyaxa oldu - AĞSTAFADA KÜTLƏVİ DAVA
Ağstafa rayonunda çobanlar arasında dava düşüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Ceyrançöl ərazisində baş verib.
Çobanlar arasında baş verən əlbəyaxa dava zamanı Daşkəsən rayon sakinləri - 1983-cü il təvəllüdlü Afiz Paşayev, onun qardaşı 1993-cü il təvəllüdlü Asim Paşayev, 1983-cü il təvəllüdlü Mahir Məmmədov, Qazax rayonunun Daş Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü Pərviz Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Davanın otlaq sahəsi üstündə baş verdiyi bildirilir.
Məsələyə hüquq mühafizə orqanları tərəfindən baxılır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:33
316
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
346
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
569
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
669
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
554
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
452