Paytaxta girən yük maşını "Şamaxinka" dairəsindəki tuneldə alovlandı
Bakının Binəqədi rayonu ərazisində, Bakı-Sumqayıt yolunda yük maşını yanıb. APA TV-nin xəbərinə görə, hadisə "Şamaxinka" dairəsində yerləşən yolötürücü tuneldə baş verib.
Abbasov İsa Əziz oğlu idarə etdiyi "Man" markalı qoşqulu yük maşını ilə "20 Yanvar" dairəsi istiqamətində irəliləyən zaman qəfil avtomobilin mühərrik hissəsindən alov qalxıb. Yanğın güclü olduğu üçün sürücü onun söndürülməsi üçün bir tədbir görə bilməyib.
"Gördüm ki, qəfil alovlandı, özümü atdım bayıra. Bilmədim nədən yandı, getdiyim yerdə oldu", - sürücü İsa Abbasov belə deyib.
İlkin məlumata əsasən, yanğına avtomobilin mühərrikində baş verən nasazlıq səbəb olub.
Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət halı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR
13:33
316
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
10:07
346
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
18:21
569
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
17:44
669
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
16:37
554
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ
14:25
452