Milli Qəhrəman Natiq Məmmədovun ailəsinə ev təqdim olundu
Zaqatalada bir Milli Qəhrəman və altı Ahıska türkü ailəsinə dövlət tərəfindən tikilmiş evlər təqdim olunub.
Təqdimat mərasimində çıxış edən Milli Qəhrəman Natiq Məmmədovun atası dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan, onların mənzil, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, minnətdarlığını ifadə edib.
Digər çıxış edənlər də həm şəhid, həm də qaçqın və məcburi köçkün ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Natiqlər tezliklə bayrağımızın Qarabağ torpaqlarında dalğalanmasını arzulayıblar.
Daha sonra tədbir iştirakçıları rayon Üçüncü Tala və Fındıqlı kəndlərində Özbəkistan respublikasından köçürülərək burada məskunlaşmış 6 Ahıska türkü ailəsinə də evlər təqdim olunub. Onlar da öz növbəsində dövlət başçısına minnətdarlıq bildirib, ölkədə yaradılmış tolerant mühitindən söz açıblar.
Daha sonra evlərin rəmzi açılışını bildirən lent kəsilib, mərasim iştirakçıları evdə yaradılmış şəraitlə tanış olublar.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ