Həbsdə olan Səudiyyəli şahzadələrə işgəncə verilir - İDDİA
Səudiyyə Ərəbistanında son günlərdə rüşvətxorluq əməliyyatları çərçivəsində saxlanılan şəxslərdən bəziləri təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalır.
APA TV-nin məlumatına görə, xəbəri "Middle East Eye" saytı yayıb. İşgəncə gördüyü bildirilən bəzi yüksək çinli məmurların xəstəxanada müayinə olunduğu iddia olunur. Onların bank hesablarının detallarını açıqlamaq üçün şiddətə məruz qalır.
Ölkənin baş prokuroru şeyx Səud əl Mojeb açıqlamasında, saxlanılan şəxslərin sistemli rüşvət əməliyyatları ilə 100 milyard dolları sui-istifadə etdiklərini bildirmişdi. Şeyx Mojeb bu cinayətlərdə sübutların çox güclü olduğunu deyib.
Əməliyyatların ölkədəki ticarət fəaliyyətinə zərər vermədiyi, ancaq şəxsi hesabların dondurulduğu açıqlanıb.
Daha bir iddiada isə qısa zamanda Səudiyyə Ərəbistanının yeni kralının taxta oturacağı bildirilir. Ölkənin rəsmi televiziyası "El Arabiya" "twiter" səhifəsində paylaşıldığı bildirilən xəbərə görə, şahzadə Məhəmməd bin Salman qısa zamanda ölkənin yeni kralı olacaq. Planlanan mərasimin detallarının paylaşılacağı bildirilir. "Al-Manar" isə krallıq ailəsinin yaxınlarına istinadən xəbər verir ki, Səudiyyə kralı Salman bin Abduləziz sağlamlıq problemlərinə görə krallıqdan əl çəkib yerini oğluna verəcək.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ