Balın tərkibində zəhərli maddə var? - AVROPA ALİMLƏRİ İDDİA EDİR
Avropalı alimlər balın tərkibində insan orqanizmində onkoloji xəstəlik yaradan zərərli maddə - pestisid-qlifosat aşkarlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, elm adamları götürülən nümunələrin 75 faizini tədqiq etdikdən sonra gəlib.
Müəyyən olunub ki, arıların gün ərzində dövr edərək çiçəyindən bal çəkdiyi bitkiləri zərərli həşəratlardan qorunmaq üçün neonikotinoid adlı preparatlardan istifadə olunur ki, nəticədə həmin maddə bitkinin çiçəyinə hopur və onu zəhərləyir. Bu da yekunda öz təsirini həmin çiçəkdən alınan bala göstərir.
Elm adamları bir neçə dəfə pestisid-qlifosat preparatının zərəri ilə bağlı həyəcan təbili çalsa da, həddindən çox gəlirli sahə olduğundan şirkətlər onun istehsalını dayandırmaq niyyətində olmadığını açıqlayıb. Bu preparat bütün dünyada alaq otlarına qarşı mübarizə sahəsində populyardır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədi təbrik etdi
“Biz sevinirik ki, belə bir tədbir Qəbələdə keçirilir”
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
Füzulinin Pirəhmədli kəndində quruculuq işləri davam edir
Günəş şüaları xərçəngə səbəb ola bilər? - Dermatoloqdan ŞOK XƏBƏRDARLIQ