Kataloniyalılar sabiq hökumət üzvlərinin həbsinə ümumi tətillə etiraz etdi
İspaniyanın Kataloniya muxtariyyətində yerli parlamentin buraxılması və idarəçiliyə birbaşa nəzarəti nəzərdə tutan 155-ci maddənin tətbiqinə və vəzifədən kənarlaşdırılan yerli hökumət üzvlərinin həbs olunmasına etiraz olaraq ümumi tətil keçirilib. APA TV-nin məlumatına görə, ümumi tətilə müstəqillik tərəfdarı olan qeyri-hökumət təşkilatları da dəstək verib.
Daha çox nəqliyyat sektorunu hədəf alan ümumi tətil səbəbindən 60-dan çox məntəqədə quru və dəmiryolu nəqliyyatı dayanıb. Əsasən Barselona şəhərinin çıxışındakı avtomobil yollarını bağlayan etriazçılar şəhər içərisində də eyni üsulla nəqliyyatın hərəkətinə mane olmağa çalışıb. Barselona-Girona şəhərləri arasındakı sürətli qatar xətti və bəzi mühüm şəhərətrafı dəmiryolu xətlərində də hərəkət müvəqqəti dayandırılıb. Ümumi tətil səbəbindən Barselona, Girona, Lleyda və Tarraqona kimi şəhərlərin giriş-çıxışlarında uzun tıxaclar yaranıb.
Eyni zamanda, tətil çərçivəsində Kataloniyanın böyük şəhərlərində olan bələdiyyə binalarının qarşısında etiraz aksiyaları keçirilib. Aksiyalarda sabiq yerli hökumət üzvlərinin həbsinə etiraz edilib.
OXŞAR XƏBƏRLƏR
13:35
340
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
374
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
392
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
639
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
604
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
697