Şahzadələrin 800 milyard dolları müsadirə olunacaq - KRALLIQDA YENİ QƏRAR
Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinən nazir və şahzadələrin 800 milyard dollar məbləğində aktivlərini müsadirə etmək niyyətindədir.
APA TV-nin məlumatına görə, bu barədə "Wall Street Journal" qəzetinə bildirilib.
Korrupsiya ilə bağlı bir neçə iş adamı da saxlanılıb. Ümumilikdə saxlanılanların sayı 60 nəfərə çatıb.
Aktivlərin böyük hissəsi xarici ölkələrdə yerləşdirilib. Bu isə pulların dövlətə qaytarılmasını çətinləşdirəcək.
Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan şahzadələr və hökumət üzvlərinin həbs edilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib