Lerikdə maşın dərəyə aşdı: 4 yaralı
Lerikdə avtomobil 200 metr yüksəklikdən dərəyə aşıb, dörd nəfər ağır yaralanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lerik-Orand yolunda qeydə alınıb.
Orand kənd sakini İsabala Əzimov "UAZ" markalı minik avtomobilində nasazlıq yaranması səbəbindən idarəetməni itirib və maşın 200 metr dərinliyində olan dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri Müseyib Həmidov, qardaşı Ramil və kimliyi hələlik məlum olmayan şəxs ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan üçünün vəziyyətinin ağır olduğundan dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan İsabala Əzimovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:35
356
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
391
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
408
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
642
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
606
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
699