Türk polisi ölkədən gəmi ilə qaçmaq istəyən 11 FETÖ-çünü saxladı
Türkiyənin Muğla vilayətində FETÖ hərəkatı üzvü olduqları üçün barələrində həbs qərarı olan 11 kişi 9 uşaqla birgə Yunanıstanın Rodos adasına qeyri-qanuni yollarla qaçmağa çalışarkən ələ keçib. APA TV "Doğan" agentliyinə istinadən xəbər verir ki, həmin təşkilat üzvü olan daha 3 nəfər isə Yunanıstan tərəfə keçməyə nail olub.
Məlumata görə, həmin şəxslər dəniz yolu ilə qaçmaq istəyib. Belə ki, sahil təhlükəsizlik qrupları Turunc Məhəlləsi adlanan yerdə Rodos adasına keçməyə çalışan bir gəmini dayandırmaq istəsə də, onlar qaçmaq istəyib. Gəmi sonradan saxlanılıb. 20 nəfərlə bərabər gəminin 2 nəfər heyəti də ələ keçib.
Həmin şəxslər istintaqa təhvil verilib. Yunanıstan tərəfə keçən digər 3 nəfər barəsində də araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
13:35
367
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
401
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
419
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
645
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
610
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
702