Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər edib
Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub. Bələdiyyə başqanları Cocuq Mərcanlıda yaşayan ailələrə televizorlar hədiyyə ediblər.
Səfər çərçivəsində Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.
OXŞAR XƏBƏRLƏR
13:35
367
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
401
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
419
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
644
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
610
Azərbaycan yardım qəbul edən dövlətdən, donor dövlətə çevrilib
13:33
702