PKK-çıların Almaniyadakı təxribatçı aksiyası dağıdıldı
Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.
APA TV-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK lideri Abdulla Öcalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu bayraq və ya bannerlər qaldırıb.
Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.
Xatırladaq ki, kürdlər sentyabrın 16-da Köln şəhərində icazəli etiraz aksiyası keçirib. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.
OXŞAR XƏBƏRLƏR
19:12
110
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
369
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
403
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
420
Laçında kiçik biznes sahələrinə MEDİATUR TƏŞKİL OLUNUB
19:26
645
İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib | APA TV
17:02
610